Добавить новость
123ru.net
World News
Январь
2018

Əli Həsənov: “Avropa ölkələrində jurnalistlər həbs olunur...”

0
“Bir sıra xarici dairələr,onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı qərəzli iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır”.


 Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı açıqlamasını AZƏRTAC-a şərh edərkən belə deyib.







O, vurğulayıb ki, Azərbaycanda söz və məlumat azadlığı təmin edilib.


 “Yüzlərlə KİV sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı var. Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir”.


 Ə.Həsənovun fikrincə, Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir.


 “Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır”, o, qeyd edib.


 


Buna da bax: Prezidentin köməkçisi: 'Sorosun başı havalanıb...'


Prezidentin köməkçisi iddia edib ki, inkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir. Onun deməsinə görə, jurnalistlərin fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır.


 “Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Hesab edirəm ki, Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində dahaobyektiv olmalı, Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər”.


 Ə.Həsənov həmçinin qeyd edib ki, Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi ilə bağlıaçıq dialoqa hazırdır.


 


Xatırlatma


 ATƏT-in media ofisinin rəhbəri Harlem Dezir dünən, yanvarın 12-i “Amerikanın səsi”nə açıqlamasında Azərbaycanda ifadə azadlığının durumunu tənqid edib.


 O, Azərbaycanda hazırda ən azı yeddi media işçisinin həbsdə olduğunu vurğulayıb.


Dezir 2005-ci ildə qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun və2011-ci ildə bıçaqlanaraq öldürülmüş yazıçı Rafiq Tağının qatillərinin, hələ də məsuliyyətdən kənarda qalmasınadiqqət çəkib.







UNESCO: ' Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'


“Artıq Azərbaycan hakimiyyəti üçün beynəlxalq təşkilatların xəbərdarlıqlarına əməl edib, bütün həbsdə olan jurnalistlərin azad edərək vətəndaş cəmiyyətini dialoqa cəlb etməyin vaxtı çatıb”, ATƏT-in media ofisinin rəhbəri bildirib.


ATƏT media ofisi Əfqan Muxtarlı barəsində hökmə də ayrıca münasibət bildirib. Bunumətbuata hücum kimi dəyərləndirib.


Əfqan Muxtarlı dünən, yanvarın 12-də məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.




Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.


 Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.


 Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.


 





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net