Добавить новость
123ru.net
World News
Январь
2018

ABŞ İrandan bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edib

0
Birləşmiş Ştatlar bildirib ki, ölkə boyu onlarca şəhər və qəsəbəni silkələmiş antihökumət etirazlarında iştiraka görə İran hakimiyyətinin “minlərlə” vətəndaşı həbs etməsi barədə xəbərlərdən “dərin narahatlıq” keçirir.


Ağ Ev yanvarın 10-da bəyan edib ki, bəzi nümayişçilərə işgəncə verilməsi və onların öldürülməsi barədə xəbərlər “daha narahatedicidir”.


Bəyanatda deyilir: “Biz İran diktatorluğunun öz vətəndaşlarının təməl haqlarını tapdaması qarşısında sakit qalmayacaq, İran rəhbərliyini bütün pozuntulara görə hesabat tələb edəcəyik”.


Bəyanat son repressiyalar da daxil, İrandakı bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırır.


Dekabrın 28-də bahalıq və başqa narazılıqlarla əlaqədar İranın ikinci böyük şəhəri Məşhəddə başlamış antihökumət etirazları ölkənin 90-dan çox şəhərinə yayılıb.


Hökumət siyasətlərinə və eyni zamanda ölkənin ruhani hakimiyyətinə qarşı çıxan bu etirazlarda azı 22 nəfərin öldüyü xəbər verilib.


İran millət vəkillərindən biri yanvarın 9-da deyib ki, antihökumət etirazları zamanı 3700-dək şəxs həbs olunub. İslahatyönlü millət vəkili Mahmud Sadeginin açıqladığı bu rəqəm hökumətin elan etdiyi rəqəmdən xeyli yüksəkdir.


Assosciated Press agentliyi yanvarın 9-da xəbər verib ki, İran İnsan Haqları Mərkəzinin məlumatına görə həbs edilmiş etirazçılardan 3-ü ölüb.


Rəsmilər Tehranın Evin həbsxanasında baş vermiş bir ölüm hadisəsini “intihar” kimi təqdim ediblər. Paytaxtdan 235 kilometr cənub-qərbdə yerləşən Arak şəhərində daha bir məhbus vəfat edib. Mərkəzin məlumatına görə valideynləri bu şəxsin başında sanki balta yerinə bənzəyən çox sayda yaralar olduğunu görüblər.


İran ədliyyəsi özünün Mizan agentliyi vasitəsilə bu ölümün də intihar hadisəsi olduğunu bildirib.


Mərkəz üçüncü ölüm hadisəsinin Tehranın 460 kilometr cənub-qərbindəki Dezful şəhərinin həbsxanasında baş verdiyini bildirir.


Ağ Evdən verilmiş bu bəyanatdan az əvvəl ABŞ Konqresi “zülmkar və korrupsiyalı hökumətə qarşı qanuni və dinc etiraz edən İran xaqlına dəstək” ifadə edən qətnaməni az qala yekdilliklə qəbul etmişdi.


Bu qətnamə yanvarın 9-da 415 leyhinə və 2 səs əleyhinə olmaqla qəbul edilib. Qətnamədə hökumətin “İran xalqına qarşı ciddi insan haqları pozuntusuna yol verməsi” qətiyyətlə pislənir və İrandakı insan haqları pozuntuları ilə bağlı Tehran üzərinə sanksiyaların qoyulması üçün ABŞ administrasiyasına müraciət edilir.




Konqresin Xarici İşlər Komistəsinin sədri Ed Royce deyib ki, “ABŞ sanksiyaları İran xalqını yox, zülmkar və qeyri-sabitlik yaradan rejimi hədəfləməlidir”.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi yanvarın 10-da, onun təbirincə deyilsə, “düşmən” qətnaməni “qətiyyətlə pisləyib”.


ABŞ prezidenti Donlad Trump özünün dediyi kimi “cəsur İran nümayişçilərini alqışlayıb” və bildirib ki, Birləşmiş Ştatlar “uyğun vaxtda” onlara dəstək verəcək.


Yanvarın 9-da İranın ali rəhbəri ayətüllah Ali Khamenei Birləşmiş Ştatların və Qərb hökumətlərinin rədd etdiyi ittihamları bir daha təkrarlayıb və Qərbi etirazların arxasında dayanmaqda günahlandırıb.




Khamenei-nin rəsmi Twitterhesabından yazlılıb: “Xalq bir daha, ABŞ, Britaniya və İslam Respublikasının devrilməsini istəyənlərə deyir ki, “siz iflasa uğramısınız və gələcəkdə də iflasa uğrayacaqsınız.”


Khamenei eyni zamanda qeyd edir ki, nümayişçilərin bəzi tələbləri “səmimi və qanuni” olub. O söhbətin hansı tələblərdən getdiyini xırdalamayıb.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net