Добавить новость
123ru.net
World News
Декабрь
2017

BMT ABŞ-ın Yerusəlim qərarını böyük səs çoxluğu ilə rədd edir

0
BMT Baş Assambleyası 128 leyhinə, 9 əleyhinə olmaqla, Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarını rədd edən qətnaməni qəbul edib.


Dekabrın 21-də keçirilmiş bu səsvermənin nəticələri ABŞ prezidenti Donald Trump-ın nüfuzuna ciddi zərbə sayıla bilər. Trump səsvermənin ərəfəsində onun qərarına zidd gedən bu qətnaməyə səs verəcək ölkələri maliyyə yardımının kəsiləcəyi ilə hədələmişdi.


Bu səsvermədə Avstraliya, Kanada, Meksika və Filippin də daxil 35 ölkə bitərəf qalıb.


Hüquqi məcburiyyət qüvvəsi olmayan bu qətnamənin layihəsini Misir təqdim edib. Bu qətnamədə ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarı “etibarsız” elan edilir.


Fələstin hakimiyyətinin prezidenti Mahmud Abbas səsvermə nəticəsini “fələstinlilər üçün qələbə” adlandırıb.


Səsvermədən əvvəl İsrailin BMT-dəki səfiri Danny Danon bəyan etmişdi ki, “heç bir Baş Assambleya qətnaməsi bizi Yerusəlimdən çıxara bilməz”.


Trump bildirmişdi ki, o səsvermənin nəticələrini təhlil edəcək və Vaşinqton bu sənədə səs vermiş ölkələrə maliyyə yardımını dayandıracaq.


O dekabrın 20-də demişdi: "Biz bu səslərə göz qoyuruq. Qoy əleyhimizə səs versinlər. Pulumuz cibimizdə qalar. Heç vecimizə deyil”.


Türkiyə prezidenti Recep Tayyip Erdoğan dekabrın 21-də ölkələri Trump-ın hədələrindən çəkinməməyə çağırmış və ümid etdiyini bildirmişdi ki, dünya Birləşmiş Ştatlara “yaxşı bir dərs verəcəkdir”.


Dekabrın 18-də BMT-nin Təhlükəsizlik Şurasında ABŞ buna bənzər qətnaməyə veto qoysa da, 14 şura üzvü sənədi dəstəkləmişdi.


Trump Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq və ABŞ-ın Tel Əvivdəki səfirliyini bu şəhərə köçürmək qərarını dekabrın 6-da bəyan etmişdi.


Onun bu qərarı beynəlxalq aləmdə geniş pislənmiş, müsəlman dünyasında hiddətli etirazlara səbəb olmuşdu.


Fələstinlilər Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı hesab edirlər. İsrail Şərqi Yerusəlimi ilhaq etdikdən sonra bu şəhəri özünün paytaxtı elan edib. Onun bu qərarı beynəlxalq birlik tərəfindən qəbul olunmayıb.


Keçmiş sovet respublikalarından qətnamənin leyhinə Azərbaycan və Ermənistandan başqa Belarus, Estoniya, Qazaxıstan, Qırğızıstan, Litva, Rusiya, Tacikistan və Özbəkistan səs veriblər. Gürcüstan və Türkmənistan səsvermədə iştirak etməyib. Latviya bitərəf qalıb.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net