Nyu York məhkəməsi qazaxıstanlıya 15 illik cəza kəsib
Prokurorluq dekabrın 20-də bildirib ki, 22 yaşlı Akhror Saidakhmetov cəzasını çəkəndən sonra Birləşmiş Ştatlardan çıxarılacaq.
Saidakhmetov yanvarda İŞİD-ə maddi dəstək göstərməyi planlaşdırdığını boynuna alıb. Bu işdə təqsirləndirilən altı nəfərdən biri olan Saidakhmetov2015-ci ilin fevralında İstanbula getməyə çalışarkən Nyu Yorkun John F. Kennedy Beynəlxalq Aeroportunda saxlanıb.
Prokurorlar onun Suriyaya İŞİD yaraqlılarına qoşulmağa getmək istədiyini bildiriblər.
