Can Borussia Dortmund`a keçə bilər
0
Juventus`un yarımmüdafiəçisi Emre Can karyerasını Bundesliga`da davam etdirə bilər. ONBİR Daily Mail`ə istinadən bildirir ki, Borussia Dortmund türk əsilli alman futbolçunu heyətinə qatmaq niyyətindədir.
Yayılan məlumata görə, klublar arasında danışıqlar son mərhələdədir və transferin məbləği 23 milyon avro təşkil edəcəkdir.
Borussia Dortmund Emre Can`la 2024-cü ilə qədər müqavilə imzalamaq niyyətindədir.