123ru.net
World News in Azerbaijani
Май
2019

Qarabağ qüvvələri Yerevanda baş vermiş 1 mart hadisəsində iştirak ediblər?

0
Qarabağ qüvvələri Yerevanda baş vermiş 1 mart hadisəsində iştirak ediblər?

Ermənistan Dövlət Nəzarəti Xidməti rəisinin müşaviri Ashot Vanyan AzadlıqRadiosu Erməni xidmətinə deyib ki, 2008-ci ilin 1 martında Qarabağdan Ermənistana içərisində hərbçilər olan maşın karvanı keçib.

Xatırlatmaq yerinə düşərdi ki, Ermənistanın hazırda mühakimə edilən keçmiş prezidenti Robert Kocharian elə həmin gün Ermənistanın konstitusiya quruluşunu devirməkdə, başqa sözlərlə dövlət çevrilişdə ittiham olunur.

Ashot Vanyana gəlincə isə o, həmin vaxt Azərbaycanla (işğal olunmuş Laçın rayonunda) həmsərhəd Gorus rayonundakı hərbi qarnizonun rəisi idi və hərbi maşın karvanını şəxsən qarşıladığını söyləyib:

“2008-ci il martın 1-də, saat 17 radələrində, indi dəqiq yadımda deyil, ya bizə təlimat gəlmişdi, ya dabizə zəng eləmişdilər və şifahi göstəriş vermişdilər ki, Yerevana yollanan qoşunların bir hissəsini müşayiət edək, digər hissəsinin isə sadəcə olaraq Gorus qarnizonundan təhlükəsiz keçidinə şərait yaradaq. Qoşun konkret olaraq Qarabağdan gəlirdi, sayını dəqiq bilmirəm, amma 50-100 maşınmartın 1-də saat 17-dən sonra Gorus qarnizonundan keçdi. Onlar Müdafiə ordusunun (Qarabağdakı separatçıların hərbi birliyi – red) şəxsi heyətini daşıyırdılar. Onlar Qarabağdan Gorus qarnizonundan keçərək Yerevan istiqamətində hərəkət edirdilər. Demişdilər ki, guya qoşun olmayıb, amma mən bu qoşunların Yerevana təhlükəsiz hərəkətini təmin etmişəm”.

1000 nəfərlik batalyon

Azatutyun yazır ki, 1 mart işi üzrə əsas müttəhim Robert Kocharian-ın vəkillərindən biri bu deyilənlər barədə şərh verməkdən imtina edib.

Vəkil bir daha vurğulayıb ki, cinayət işində Dağlıq Qarabağdan hansısa hərbi qulluqçunun Yerevana gətirildiyini göstərən bir dənə də material yoxdur.

Bu barədə öz məhkəməsində Kocharian da danışıb:

“Bu hadisələr zamanı Artsaxın (Qarabağ) silahlı qüvvələrindən Ermənistan Respublikasına bir nəfər də gətirilməyib. Bircə adam da gətirilməyib”.

Azatutyun yazır ki, buna rəğmən Kocharianın işi üzrə ittiham qərarında yazılıb:

“Martın 1-də Yerevana Qarabağ müdafiə ordusunun müqaviləli qulluqçularından və zabitlərindən ibarət təxminən 1000 nəfərlik yığma batalyon atılıb”.

Lakin keçmiş hərbçi Ashot Vanyan deyir ki, Qarabağdan Ermənistana gedən hərbçilərin bir hissəsi Gorusun hərbi hissələrindən birində gecələyib.

O bunu da əlavə edib ki, hərbçiləri Qarabağdan Yerevana daşıyan maşınların Ermənistan Müdafiə Nazirliyinə aid nömrələri olub. Bu barədə də ittiham qərarında qeyd var.

Vanyan daha sonra deyib:

“Bizə belə bir informasiya gəlmişdi ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin Gorusdakı hərbi hissələrindən birində olan maşınların müxtəlif dövlət nömrələri çıxarılıb və dəyişdirilib və daha sonra bu maşınlar Qarabağa, müdafiə ordusuna aparılıb. Bu maşınlar oradan qayıdanda onların üstündə Ermənistan Respubliaksı Müdafiə Nazirliyinin nömrələri vardı”.

Hər şey göz qabağında baş verirdi

Azatutyun yazır ki, ötən ilin “inqilabınadək” Vanyan Gorus qarnizonu hərbi polisinin zabiti idi. O deyib ki, işdən çıxarılmağına səbəb rəisinin qanunsuz əmrini yerinə yetirməməsi olub. Hazırda o, Dövlət Nəzarət Xidmətinin rəisidir.

Onda olan bu informasiyaları hüquq-mühafizə orqanlarına çatdırıbmı sualına Vanyan belə cavab verib:

“Düzünü desəm, yox. Mən əmin idim, çünki hər şey o qədər aşkar idi və hər iş o qədər açıq görülürdü ki, bu barədə hamının bildiyini düşünürdüm. Amma bu bu yaxınlarda eşitdim ki, faktiki olaraq hamıya məlum olan hadisələr baş verirmiş. Buna görə də Ermənistan Respublikasının vətəndaşı və zabiti kimi mən bu barədə məlumat verməyə borclu idim. Mən bunları görmüşəm və özüm şahidi olmuşam. Bu karvanların Yerevana təhlükəsiz keçidini təmin etmişəm”.

1 mart 2008-ci il hadisəsi

Ermənistanda 2008-ci ilin prezident seçkisindən dərhal sonra, fevralın 19-dan başlayaraq minlərlə insan seçki nəticələrinə etiraz edirdi.

Əsasən prezidentliyə namizədlərdən biri, keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarlarından ibarət etirazçılar başqa bir əslən qarabağlı Serzh Sarkisianın saxtakarlıqla qalib gəldiyini bildirirdilər.

Tənqidçilərin fikrincə, bu seçkidə hakimiyyət faktiki olaraq Qarabağ klanının bir nümayəndəsindən başqasına ötürülürdü. 

Nəhayət günlərlə davam edən etirazların əsnasında, martın 1-də polis və təhlükəsizlik qüvvələri gecələri Azadlıq meydanında qurulmuş çadırlarda keçirən etirazçılara dəyənəklər və elektroşokla hücum etmişdilər.

Toqquşmalar zamanı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. 200-dən çox nümayişçinin xəsarət aldığı və yaralandığı xəbər verilirdi. Xeyli sayda insan yoxa çıxmışdı.

Hadisənin ardınca Levon Ter-Petrosyan faktiki olaraq ev dustağı edilmişdi. Hələ də prezident kürsüsündə qalan Robert Kocharian fövqəladə vəziyyət elan etmişdi.

Human Rights Watch etirazların 10-cu günündə Azadlıq meydanında çadır şəhərciyində olan dinc nümayişçilərə qarşı ifrat güc tətbiqi və zorakılığa görə Ermənistan hakimiyyətini sərt tənqid etmişdi.

O vaxtdan bəri müxalifətin çağırışlarına baxmayaraq 1 mart hadisəsinin təhqiqatından imtina edilirdi.

Lakin 2018-ci ildə Nikol Pashinian baş nazir seçildikdən dərhal sonra 1 mart hadisəsinə dair cinayət təhqiqatına başlanıb.

Robert Kocharian bu iş üzrə əsas müttəhimdir.






Загрузка...


Губернаторы России
Москва

Сергей Собянин. Главное за день


Спорт в России и мире
Москва

Трехкратный обладатель Кубка Гагарина уволил тренера и назначил нового


Загрузка...

Все новости спорта сегодня


Новости тенниса
Елена Рыбакина

Елена Рыбакина сообщила тревожные новости


Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире
Москва

Эксперт Президентской академии в Санкт-Петербурге о создании информационной системы состояния окружающей среды





Путин в России и мире
Москва

Путин оценил перспективы строительства ВСМ Москва — Санкт-Петербург


Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Ru24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.





Зеленский в Украине и мире
Киев

Киев признал стагнацию ВСУ по всей линии фронта


Навальный в России и мире
Москва

Силовики задержали за сутки пятерых журналистов, часть проходит по делу об «участии в работе ФБК», одного жестоко избили при задержании



Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...



Александр Розенбаум

Розенбаум исполнил «Вечернюю застольную» в память о жертвах теракта в «Крокусе»



Москва

Румынское генконсульство будет выдавать шенгенские визы в Ростове

Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net