Добавить новость
123ru.net
World News
Ноябрь
2019

Deport edilmiş miqrantlar barədə niyə məlumat verilmir? (VIDEO)

0
Avropadan Azərbaycana daha 1000-dən çox adam geri qaytarılacaq.


Bu haqda Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov noyabrın 20-də ReAl TV-yə müsahibəsində deyib.


Berlində yaşayan ictimai fəal Qurban Ələkbərli də bildirir ki, Almaniyaya qanunsuz gəlmiş hər bir şəxs geri qaytarılma ehtimalını gözləməlidir.


“Əgər 30 il bundan əvvəl gəlmisənsə və vətəndaşlıq almısansa, bunun saxta əsaslarla əldə olunduğu ortaya çıxsa, həmin vətəndaşlıq çox rahat ləğv oluna bilər. Yəni, bu təkcə oturuma yox, hətta vətəndaşlığa da şamil olunur. Hüquqi nöqteyi-nəzərdən burda qeyri adi bir şey yoxdur. Əlbəttə ki, insani problemdir, humanitar problemdir. Təsəvvür elə ki, burda həyatını qurmusan və birdən birə məlum olur ki, nə vaxtsa etdiyin bir saxta işə görə sənin oturumunu əlindən alırlar”.


Polisə aid sənədlər


Qurban Ələkbərli deyir ki, Almaniyada insanları aldadıb, saxta sənədlər düzəldən işbazlar var və onları Almaniya dövləti üzə çıxarıb cəzalandırmaqdadır.


O bildirir ki, tərcüməçi işlədiyi üçün qarşısına xeyli saxta olması təəssüratı yaradan sənədlər çıxıb. Bu sənədlərin bir qismində belə görünür ki, Azərbaycandakı müxalifət partiyaları arayış verib ki, bu şəxs ölkəyə qayıda bilmir, həyatına təhlükə var, sənədlərin bir qismi isə dövlət orqanlarından, məsələn, polisdən alınmış sənədlərə bənzəyir:


“Polisin verdiyi çağırış vərəqləridir, prokurorluq və məhkəmə orqanlarının kiminsə axtarışa verməsi haqqında sərəncamlardır, məhkəmənin İnzibati Xətalar Məcəlləsinin müddəalarının pozulması haqqında hökmlərdir. Tutaq ki, kimsə mitinqdə polisə müqavimət göstərib, ona da 15-30 sutkalıq inzibati həbs cəzası kəsilib. Standart hökmlər verilir. Bax belə sənədlərdir”.


Azərbaycan polisinin belə saxta sənəd iddialarından xəbəri varmı? Bu sualı Daxili İşlər Nazirliyinə ünvanlamaq istəsək də, mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədi.




 


Avropadan deportasiya olunanlar müsahibə verməkdən çəkinirlər. Adının çəkilməsini istəməyən mənbə AzadlıqRadiosuna deyib ki, onları prokurorluq orqanlarında bir neçə saat dindiriblər. Miqrasiya qanunvericiliyinə görə ölkəyə geri qayıdanlara ehtiyac olarsa, yardımlar da edilməlidir.


Sosioloq Sənubər Heydərli deyir ki, qayıdanlarla bağlı siyasət haqda dövlət məlumat verməlidir:


"Bilinmir ki, onlara təzyiq olunur, yoxsa yox. Hökumət bu istiqamətdə necə işləyir, hələ bilinmir".




 


Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov isə ReAl TV-yə bildirib ki, deportasiya olunan şəxslərin 33 faizi üçün reabilitasiya təmin olunub, onların təhsil, səhiyyə ehtiyacları təmin olunub.


AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:




 


Əli Həsənov: Onların hər birinin fəaliyyəti araşdırılıb və araşdırılacaq


Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bildirib ki, xaricə gedənlər əsasən aztəminatlı, orta təhsilli şəxslərdir.


Amma sosioloq Sənubər Heydərova deyir ki, xeyli yüksək savadlı adamlar var ki, ölkədə şərait olmadığı üçün özlərini reallaşdıra bilmirlər və ölkəni tərk edirlər.




 


Sosioloq deyir ki, ölkəni yaşamaq üçün cazibədar etmək lazımdır.


Prezidentin yardımçısı Əli Həsənov isə deyib ki, dövlət qayıdanlara şərait yaradacaq:


“Onların hər birinin fəaliyyəti araşdırılıb və araşdırılacaq. Kimin hansı yolla ölkəni tərk edib, kim xarici ölkəyə hansı adla gedib, bütün bunlar araşdırlacaq. O insanlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşının hər biri üçün- yaxşısı üçün də, pisi üçün də, nümunəvisi üçün də, qeyri nümunəvisi üçün də bu ölkədə yaşayış şəraiti, fəaliyyət göstərmək şəraiti yaratmağa borcluyuq. Azərbaycan prezidenti İlham Əliyevin siyasətinin təməlində insan dayanır”.


Dövlət Miqrasiya Xidmətinin rəhbəri bildirib ki, qanunsuz miqrantların geri qaytarılması 2014-cü ildə Azərbaycan və Avropa Birliyi arasında saziş əsasında həyata keçirilir və indiyə qədər 1385 nəfər qaytarılıb.





Загрузка...


Губернаторы России

Спорт в России и мире

Загрузка...

Все новости спорта сегодня


Новости тенниса

Загрузка...


123ru.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.


Загрузка...

Загрузка...

Экология в России и мире




Путин в России и мире

Лукашенко в Беларуси и мире



123ru.netмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

123ru.net — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.






Здоровье в России и мире


Частные объявления в Вашем городе, в Вашем регионе и в России






Загрузка...

Загрузка...





Друзья 123ru.net


Информационные партнёры 123ru.net



Спонсоры 123ru.net